AİF-in toplantısında Dünya Bankı və BMT-nin İnkişaf Proqrammı tərəfindn dəstəklənən Gateway Layihəsində Azərbaycanın iştirakı vəziyyəti ətrafında ciddi müzakirələr aparılıb.
Bakı Mətbuat Klubunda Azərbaycan İnternet Forumunun növbədənkənar toplantısı keçirilib. Yığıncaqda təşkilati məsələlər və Azərbaycanın İnkişaf Portalı ( Gateway ) Layihəsinin ( AzİP ) yeni mərhələsi lə bağlı məsələ müzakirə edilib.Yığıncaqda AzNet-in müxtəlif subyektlərinin nümayəndələri , NİCTS Layihəsinin nümayəndəsi, AzİP-in İşçi Qrupunun nümayəndələri və mətbuat nümayəndələri iştirak edib.
AİF-in toplantısında Dünya Bankı və BMT-nin İnkişaf Proqrammı tərəfindn dəstəklənən Gateway Layihəsində Azərbaycanın iştirakı vəziyyəti ətrafında ciddi müzakirələr aparılıb.
AİF- in toplantısında qeyd olunan Layihənin Azərbaycanda informasiya cəmiyyətinin qurulması, ölkənin beynəlxalq aləmə inteqrasiyası nöqteyi-nəzərindən vacibliyi və ciddi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Adı çəkilən Layihənin birinci mərhələsinin ( 2001-ci il ) Azərbaycanda digər ölkələrlə müqayisədə olduqca qüsurlu və qeyri-qənaətbəxş həyata keçirildiyi təəssüflə qeyd olunub. Həmin mərhələdə şəffaflığın , bütün maraqlı qüvvələrin iştirakının təmin edilmədiyi, İnkişaf Portalı resursunun informasiyalı bir cəmiyyətin qurulmasında platformaya çevrilə bilmədiyi vurğulanıb. Hazırda həmin resursun İnternetdən çıxarılması anormal hal kimi dəyərləndirilib. AİF AzİP Layihəsinin Prezident Aparatından alınaraq idarə edilməsi üçün Milli Strategiya rəhbərliyinə verilməsini müsbət addım kimi dəyərləndirib.
Bununla belə hazırda Layihənin həyata keçirilməsi sahəsində ciddi problemlərin və çatışmazlıqların olduğu bildirilib. Layihənin hazırkı İşçi Qrupunun ötən dövrdə buraxılmış səhvlər nəzərə alınmadan və heç bir prinsipə əsaslanmadan formalaşdırılması, İşçi Qrupunun əsasən bir şirkətin monopoliyasında olması , demokratik və şəffaf İdarəetmə mexanizminin qurulmaması, Portalın İnformasiya təminatı mexanizminin yaradılmaması, Layihə çərçivəsində əyləncə xarakterli qeyri-ciddi qurumların yaradılmasının nəzərdə tutulması ciddi qüsur kimi dəyərləndirilib. Bu cür qeyri-şəffaf mühitin olması isə qeyd olunan Layihənin həyata keçirilməsində AzNet-in digər subyektlərinin iştirakının qarşısını alan amil kimi qiymətləndirilib.
AİF qeyd olunan nöqsanların aradan qaldırılması, Portalın ümumi maraqlara xidmət etməsi və dövlət ,özəl və vətəndaş cəmiyyətinin bu prosesdə bərabər əsaslarla iştirakının təmin edilməsi məqsədilə Təklifləri ümumiləşdirmək və Layihənin Milli Kordinatoruna göndərmək haqqında qərar qəbul edib. AİF qeyd olunan Təkliflərin bir daha Layihə rəhbərliyi ilə müzakirə edilməsini və yalnız bundan sonra Layihədə iştirak haqqında qərar qəbul edilməsini məqsədəuyğun hesab edib. AİF-in toplantısında təşkilatın vitse prezidenti Mehman Xəlilovun istefası qəbul edilib.
AİF İdarə Heyəti
Tel :492-44-44
Veb: www.aif.az
Email: info@cit.az