Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

10304646_719484854777515_7576424732515027597_n29 aprel Startup Azərbaycan layihəsi çərçivəsində XƏZƏR Universitetində görüş keçirilib.

Xəzər Universitetinin müəllim və tələbələrinin qatıldığı Görüşdə Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYT Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.

Xəzər Universitetinin Kompüter elmləri Kafedrasının müdiri Leyla xanım Muradxanlı tədbiri açaraq onun məqsədi haqqında məlumat verib.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz çıxış edərək ölkədə İnternet biznes, Startup Azərbaycan Layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib.

Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov Fond tərəfindən elan edilən Qrant müsabiqəsi və Fonda Layihələrin təqdim edilməsi qaydaları haqqında məlumat verib. Toplantıda NETTRENDS milli startupının sahibi, Startup Azərbaycan Komandasının üzvü Elşad Yusifli startupının ərsəyə gəlməsi , hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Sonra Startup Azərbaycan Komandasının üzvləri və Dövlət Fondunun nümayəndəsi iştirakçıların suallarını cavablandırıblar.

Startup Azərbaycan TK bildirir ki, Startup Azərbaycan çərçivəsində növbəti Toplantının 2 may tarixdə ADA Universitetində keçirilməsi nəzərdə tutulub.

Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Tədbirdən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.719484511444216.1073741854.486851951374141&type=1

Geniş məlumat : www.startup.az

Startup Azərbaycan Təşkilat Komitəsi

Tel : 012 492-44-44

Veb: www.startup.az

E-mail: info@startup.az

Twitter @startupaze

FB : fb.com/startupazerbaijan

Comments are closed.