Azərbaycan İnternet Forumunun Məlumatı

logoRİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə ULTRA şirkətinin Layihə rəhbəri Eleonora Nagıyeva “Elektron Məktəb” mövzusunda, BDU –nun dosenti Zeynal Məmmədli “İnformasiya  mənbələrinin xüsusiyyətləri” mövzusunda jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə  jurnalistlər üçün  “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya  təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat  verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HPULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az

AİF
www.cit.az
Tel. 492 44 44.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>