Azərbaycan İnternet Forumunun Məlumatı

Toplantıda son dövrlərdə İKT-nin inkişafı üzrə Milli Kordinator Məleykə xanım Abbaszadənin və hazırda qeydiyyat prosesinə rəsmi cavabdeh olan AzCom-un birgə təşəbbüsü ilə yaradılmaqda olan Milli internet ünvanların qeydiyyatı prosesini həyata keçirəcək strukturlar ətrafında ciddi müzakirələr aparılıb. Qeyd olunanlar tərəfindən artıq bu istiqamətdə iki qurumun – İnfotex İctimai Birliyi və AzNİC MMC yaradıldığı və hətta qeydiyyatdan keçirildiyi elan edilib. İnfotex-in bir nümayəndəsinin  AzNİC-də İnternet ictimaiyyətinin adından çıxış edəcəyi nəzərdə tutulub. Domenlə bağlı bütün proseduraların AzNİC-də həyata keçiriləcəyi, İCANN-a (Qlobal Şəbəkədə Domenlə bağlı Baş tənzimləyici ) rəsmi qeydiyyatçı kimi AzNİC-in təqdim edilməsi nəzərdə tutulub. AzNİC-ə imkan daxilində İT sahəsində fəaliyyət göstərən başqa ictimai qurumların yaxın buraxılmaması nəzərdə tutulub.
AİF-in toplantısında bütün baş verənlər beynəlxalq normaların və ölkə qanunvericiliyinin kobud şəkildə pozulması kimi dəyərləndirilib. Milli internet ünvanları sahəsində islahatların vacibliyi qeyd edilib. Bununla belə Beynəlxalq İnternet qurumlarının bu sahədəki prinsiplərini kobud şəkildə pozaraq, ölkənin internet ictimaiyyətinin maraqlarını nəzərə almadan süni surətdə yaradılan hansısa kommersiya və ictimai qurumların AzNet-in adından danışmaq səlahiyyətinin olmadığı bildirilib. AzCom tərəfindən prosesin legitimləşdirilməsi ilə bağlı qeyri-qanuni yol seçildiyi təəssüflə qeyd edilib.Toplantıda bir daha AİF-in milli internet ünvanların qeydiyyatı ilə baglı əvvəllər qəbul etdiyi və ictimaiyyətə təqdim edilmiş prinsiplərə əməl edilməsinin zəruriliyi vurğulanıb. Əslində mahiyyətcə qeydiyyat prosesində müsbət istiqamətdə  heç bir  dəyişikliyin olmayacağı qeyd edilib. İnfotex ictimai qurumunun dərhal dövlət qeydiyyatına alınması isə ictimai qurumlar arasında ayrı-seçkilik yaratmaq cəhdi və AzNet-ə dövlət məmurunun da iştirakı ilə yeni monopoliya cəhdi kimi dəyərləndirilib.
Yığıncaqda problemlə bağlı xüsusi tədbirlər planı hazırlanıb və Bəyanat qəbul edilib.
Problemin kifayət qədər ciddi olduğu əsas gətirilərək ən yaxın müddətdə ölkənin internet ictimaiyyətinin müxtəlif təbəqələrinin iştirakı ilə geniş tərkibdə müzakirənin keçirilməsi məqsədəuyğun hesab edilib.
Bas verənlərlə bağlı İCANN , İANA və digər beynəlxalq internet qurumlarına Müraciət qəbul edilib.
Yığıncaqda təşkilat məsələsinə baxılıb. Rasim Bəxşi AİF-in vitse prezidenti seçilib.

AİF İdarə Heyəti
Tel :  492-44-44
Veb: www.aif.az
Email: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>