Müsabiqədə İKT sahəsindən və informasiya cəmiyyəti quruculuğundan yazan jurnalistlər və KİV subyektləri iştirak edə bilər.
Müsabiqə 2 nominasiya üzrə keçirilir: informasiya cəmiyyətinin ən yaxşı jurnalisti və informasiya cəmiyyətinin ən yaxşı KİV-i. İlkin mərhələ üçün müsabiqədə yalnız çap KİV-nin və jurnalistlərinin iştirakı nəzərdə tutulur.
Yazı mətninin həcmi on beş min işarədən çox olmamalıdır. Müsabiqəyə 01 dekabr 2007-cı ildən 01 dekabr 2008-ci il tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 01 dekabr 2008-ci il tarixədək həyata keçiriləcək. Qiymətləndirmə isə 10-15 dekabr 2008-ci il aralığında gerçəkləşəcək.
Nəticələrin elan olunması və mükafatlandırılma mərasimi cari ilin sonuna planlaşdırılır. Başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam məqsədilə hazırlanan materiallar qəbul edilmir.
Müsabiqəyə təqdim olunan materialın Azərbaycan dilli versiyasının olması zəruridir.
Nominasiyalar:
1. İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti: Mükafatlar (I, II və III yerlər)
2. İnformasiya cəmiyyətinin ən yaxşı KİV-i (qəzet, jurnal, veb-sayt və s): Mükafatlar (I, II və III yerlər)
Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Təşkilatçılar tərəfindən informasiya cəmiyyətinin xüsusi nominasiyaları da müəyyən oluna bilər.
Müsabiqənin təxmini mövzuları. Azərbaycanda İKT-nin inkişaf tarixi. Azərbaycanın inkişafında İKT-nin rolu və əhəmiyyəti. İKT sahəsində fəaliyyət göstərən şirkətlərin və onların təklif etdiyi xidmətlərin cəmiyyətdə yeri və rolu. Müasir dövrdə Azərbaycanda intellektual mülkiyyətin qorunması Kompüter proqramlarının milli versiyalarının inkişafı.
Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.). İKT-nin tətbiqi. İnternet media. Elektron hökumət. Elektron Azərbaycan.
Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır. Dərc olunmuş materialın orijinalı və yazının elektron forması. İnformasiya subyektinin adı, nömrəsi və tarix qeyd olunmaqla. Müsabiqə iştirakçısı haqqında məlumat (xüsusi formada. Təqdim olunmuş materiallar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:jurnalistin və ya KİV orqanının sahə üzrə peşəkarlığı; sosial əhəmiyyəti; obyektivliyi; dolğunluğu və əhatəlilik. Müsabiqənin Jürisi ölkənin tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılacaq.
Layihə Azərbaycan İnternet Forumu, RİTN, HP və ULTRA şirkətlərinin iştirakı ilə gerçəkləşdirilir.
multimedia@cit.az
Tel: 492-44-44