AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Təkliflər təqdim edib.

Təkliflərdə ölkədə İnternetin inkişaf tempinin daha da artırılmasına, internet xidmətlərinin qiymələrinin endirilməsinə, İnternet bazarında sərbəst və azad bazar rəqabətinin formalaşmasına, dövlət rabitə müəssisələri və özəl provayderlər arasında münasibətlərin ədalətli qurulmasına kömək edəcək müddəalar öz əksini tapıb. Təkliflərdə dövlət rabitə müəssisələri tərəfindən özəl provayderlərdən hər müştəriyə  görə əsassız olaraq tutulan aylıq ödənişlərin dərhal ləğv edilməsi, Özəl Provayderlərin ATS – lərə ödədikləri avadanlıq vəkanalxərclərinin azaldılması istiqamətində RİTN tərəfindən  ciddi tədbirlərin görülməsi zəruri hesab edilib.Təkliflərdə  Provayderlərin Global şəbəkəyə  bağlantı kanallarının qiymətlərinin endirilməsi imkanlarının  bir  daha davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bu istiqamətdə hökumətin yardımlarının da nəzərdən keçirilməsinin səmərəli ola biləcəyi vurğulanıb. Təkliflərdə ölkədə internetin kütləviliyinin və populyarlığının artırılmasına,ADSL modemlərin güzəştli qiymətlərlə  satılmasına, İctimai İnformasiya Mərkəzlərinin formalaşdırılmasına  xidmət edən Proqramların və Layihələrin dövlət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.
Rabitə və İnformasiya Texnologiyaları cənab Əli Abbasova ünvanlanan Təkliflərdə həmçinin Provayderlərin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində, eyni zamanda İnternet xidmətlərinin  keyfiyyətinin və qiymətlərinin vəziyyətin öyrənilməsi məqsədilə dövlət, biznes və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə  Monitorinqlərin keçirilməsinin  əhəmiyyətli olacağı  bildirilib.
Təkliflərdə həmçinin milli internet ünvanların( .az domeninin) qeydiyyatı prosesinin legitimləşdirilməsi istiqamətində də  müddəalar öz əksini  tapıb.

AİF
Tel: 492-44-44
info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>