Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 04 iyul tarixdə “Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək.
Konfransın məqsədi ölkədə İnternet biznesin, xüsusilə də milli Startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. İnternet-biznesin inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı səslənən Təkliflər ümumiləşdirilərək maraqlı tərəflərə təqdim olunacaq.
Konfransda Startup Azərbaycan Layihəsinin yekunları haqqında təqdimatlar olacaq, Startup Azərbaycan Müsabiqəsinin finalçıları elan olunacaq və onların investorlarla görüşləri ( pitç-sessiya) təşkil olunacaq.
Konfrans 3 paneldən ibarət olacaq :
1) “İnternet layihələrə dövlətin və özəl sektorun dəstəyi. İT investor nə üçün tapılımır?.
2) “Milli ödəmə sistemləri və mobil ödəmələr. Elektron ticarət və “nağdsız cəmiyyət”
3) “Azərbaycanda mövcud onlayn startup bazarı. Yeni ideyalar yoxsa köhnə, artıq mövcud ideaların “kopyası” . Startup var pul yoxdur , yoxsa pul var startup yoxdur”
Konfrans ərəfəsində finala çıxan startuplarla investorların qapalı görüşü ( pitç sessiya) təşkil olunacaq.
Konfransda startuplar sahəsində bütün maraqlı tərəflər - startup komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.
Konfransla bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün əlaqə: info@startup.az
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfi Pro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az
Startup Azərbaycan TK
492 -44 44
www.startup.az
info@startup.az
@startupaze
fb.com/startupazerbaijan