Azərbaycan İnternet Forumu ictimai birliyinin təsis yığıncağı keçirilib.

AİF-in qurulması ideyasının əsasında Azərbaycan İnterntinin ümumi problemləri ətrafınla internet bazarının ayrı-ayrı subyektlərinin monopol və bazar maraqlarından kənar müzakirələr aparmaq və ölkənin internet cəmiyyətinin inkişafına təkan vermək durur.
Təsis protokolu imzalanmış və AİF-in Nizamnaməsi təsdiq edilmişdir. Forumun rəhbər orqanları seçilmişdir. 13 nəfərdən ibarət İDARƏ HEYƏTİ seçilib. “Multimedia” Mərkəzinin direktoru Osman Qunduzov AİF-in prezidenti, Mehman Xəlilov i( www.azeriforum.net ) Forumun vitse prezidenti seçilib.
Nizamnaməyə görə Azərbaycan İnternet Seqmentində çalışan və fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxs AİF-in üzvü ola bilər. AİF-in əsas məqsədi Azərbaycan İnternetinin və İnternet ictimaiyyətinin ümumi problemlərini müəyyənləşdimək, Azərbaycan İnternet seqmentində özünütənzimləmə və ictimai tənzimləməni zəruri edən sahələri müəyyənləşdirmək, hüquqi-normativ bazanın hazırlanmasında iştirak etmək və İnternet şəbəkəsindən istifadə ilə bağlı ictimai normalar hazırlamaq , İstifadəçi – provayder, İnternet- dövlət ,provayder- dövlət münasibətlərinin sivil normalara uyğun qurulması üçün səmərəli təkliflər hazırlamaq, ölkənin virtual və real fəzaları arasında əlaqə yaratmaqdan ibarətdir.
Forum bu məqsədlə ümumi maraqlar ətrafında müzakirələr, forumlar keçirəcək, ümumi maraqları ifadə edən tövsiyyə xarakterli qərarlar qəbul ediləcək.Qəbul edilmiş qərarların dövlət qurumlarına, müvafiq təşkilatlara və internet ictimaiyyətinə çatdırılması istiqamətində iş aparılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>