R. Gittensin Azərbaycana gəlişinin əsas məqsədi 2004-cü ilin iyununda İFEX-in Bakıda keçiriləcək illik toplantısına hazırlıqla bağlı idi. Adı çəkilən qurum ölkəımizdə Azərbaycan Jurnalistlər Konfederasiyası ilə sıx əməkdaşlıq edirlər. İFEX-in Bakıda keçiriləcək toplantısı ilə bağlı R. Gittens qeyd etdi ki, tədbirdə 50 ölkədən 100-dən artıq nümayəndə iştirak edəcək.Tədbirin bir həftə çəkəcəyi nəzərdə tutulur.
Reyçel Morton Gittens ilə görüşdə sözügedən mərasimin bir sıra texnoloji-informasiya problemlərinin həllində Azərbaycan İnternet Forumu tərəfindən köməklik göstəriləcəyi bildirilib.
AİF İdarə Heyəti
Tel: 492-44-44
Veb: www.aif.az, www.cit.az