Azərbaycan İnternet Forumunun növbəti yığıncağı keçirilib.

Yığıncaqda  İKT Milli Strategiyasının məqsədi, prinsiplərinə idarə edilməsi  ilə bağlı, onun həyata keçirilməsinin təşkilati-metodoloji əsasları ilə bağlı “Multimedia” Mərkəzi tərəfindən hazırlanan Təkliflər müzakirə edilib. Geniş müzakirələrdən sonra Təkliflərin  Prezident Aparatına və Layihənin işçi Qrupuna təqdim edilməsi qərara alınıb.
Yığıncaqda müxtəlif nominasiyalar üzrə Milli internet resursların illik müsabiqələrinin keçirilməsinin təşkili  ilə bağlı yaradılmış İşçi  Qrupunun Məlumatı dinlənilib. Bir ay müddətində Müsabiqə ilə balı mexanizmlərin Layihəsini yekunlaşdırmaq qərara alınıb.
Yığıncaqda Rabitə Nazirliyi tərəfindən 09 sentyabr 2000-ci il tarixdən qeyri-qanuni olaraq tətbiq edilən “İnternet senzuranın” aradan qaldırılması istiqamətində aparılan işlər baradə müzakirələr aparılıb.Bununla bağlı  1 il  davam edən «İnternet məhkəməsi»ndə maraqlı şəxslərin təsiri ilə bir dəfə də olsun işə mahiyyəıti üzrə baxılmadığını, İNN tərəfindən öz qərarının icrası ilə bağlı heç bir təsirli tədbir görülmədiyini nəzərə alaraq ,paralel olaraq  digər tədbirlər də zəruri hesab edilib. AİF problemlə bağlı Ombudsmanla görüşməyi, ölkə rəhbərliyinə yenidən müraciət etməyi və yaxın müddətdə RN tərəfindən “internet senzura” ləğv edilməzsə növbəti yığıncaqda RN qarşısında piket keçirilməsinin müzakirəsini məqbul hesab edib.
AİF məlumat üçün bildirilir ki,  QHT-lərin iddiasna mahiyyəyi üzrə baxılıb-baxılmaması məsələsi yenidən  Ali Məhkəmədə müzakirə ediləcək. AİF Lisenziyalaşdırma sahəsində ölkə rəhbəri tərəfindən aparılan liberallaşma siyasətini yüksək qiymətləndirib.
AİF-in  yığıncağında son dövrlərdə özəl provayderlərin internetə giriş üçün nəzərdə tutulan modem nömrələrinə zənglərə qarşı  RN tərəfindən  süni maneçiliklər yaradılması qəti surətdə pislənilib və bu məsələni diqqətdə saxlamaq nəzərdə tutulub. 15 gün müddətində ayrıca xətt çəkilməzsə  Dial-up rejimində fəaliyyət göstərən İnternet Klublara rabitə xidmətinin dayandırılması ilə bağlı BTRIB-in Məktubu AİF-in yığıncağında ciddi müzakirə edilib. BTRİB-in adı çəkilən xəbərdarlığı ədalətsiz bir addım və öz inhisarçı mövqeyindən sui-istifadə kimi dəyərləndirilib. Bir-iki telefon xətti vasitəsilə fəaliyyət göstərən Klubların yüklənmə yaratması iddiasının qeyri-ciddiyi vurğulanmış, bunun arxasında keyfiyyətli internet xidmətinin göstərilməsi deyil , bir sıra şəxslərin maliyyə maraqlarının dayandığı bildirilib. RN-nin tətbiq etdiyi “İnternet senzurasından” sonra evdə və iş yerində işləmək imkanı olmayan  AzNet üzvlərinin böyük əksəriyyəıtinin İnternet Klublardan istifadə etdiyi , BTRİB-in qeyd olunan addımının dərhal icrasının  AzNet-in inkişafına ciddi xələl gətirəcəyi qeyd olunub. Bununla bağlı ciddi ictimai müqavimətin formalaşdırılması qərara alınıb.
Yığıncaqda “KİV-də dövlət sirrinin yayılmasının qarşısının alınması haqqında ” prezidentin 24 avqust tarixli Fərmanına da Münasibət bildirib.”Dövlət sirri haqqında” və “Məlumat azadlığı” haqqında Qanunların təkmil olmadığı, qeyd olunan Fərmanın mövcud Qanunvericiliyə zidd olduğu vurğulanıb. AİF Fərmanın bəzi müddəalarını KİV-də senzuranın tətbiqinə cəhd kimi dəyərləndirib.
Yığıncaqda AİF-in internet saytının (www.aif.az) fəaliyyətə başlaması haqqında məlumat nəzərə alınıb.
AİF İdarə Heyəti
Tel : 98-72-56
Veb: www.cit.az
Email: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>