İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

ritn-300 (1)Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı  Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsindən  “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda fondun xərclər smetası, ştat cədvəli, texniki fəaliyyəti və s. müəyyən edilir.

Sentyabr ayında fondun fəaliyyətinin təşkili üzrə işlər aktivləşəcək və ilin sonunda  arıq fondun  fəaliyyətə başlanması gözlənilir. Hazırda fondun Müşahidə Şurasının tərkibi müəyyənləşir. Payızda Müşahidə Şurasının tərkibi təsdiq ediləcək və ilin sonunda artıq ilk qrant müsabiqəsi elan ediləcək.

Müsabiqədə üstünlük yeni innovativ məhsulların və infrastrukturun, GRİN texnologiyaların yaradılmasına, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutacaq layihələrə veriləcək.

www.ictnews.com

Comments are closed.