Layihənin keçirilməsində məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını cəmiyyətə çatdırmaq, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihənin qarşısında duran vəzifələr
1. İctimaiyyətin, dövlət orqanlarının və medianın diqqətini İnformasiya Cəmiyyəti quruculuğuna, bu sahədəki problemlərə və onların aradan qaldırılması yollarına cəlb etmək.
2. Jurnalistləri İKT ilə, İnformasiya Cəmiyyəti ilə bağlı dünyada və ölkədə gedən ən yeni proseslərlə tanış etmək.
3. İnformasiya Cəmiyyətinin Jurnalistlərini hazırlamaq.<
Həyata keçiriləcək tədbirlər
1. “İnformasiya Cəmiyyəti quruculuğunda vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda ictimai diskussiya keçirmək<
2. İnformasiya Cəmiyyətini mövzusunda yazan Jurnalistlərin professional hazırlığının yüksəldilməsi üçün Treninqlərin keçirilməsi.
3. İnformasiya Cəmiyyəti sahəsində yazan ən yaxşı Jurnalistlərin Müsabiqəsinin keçirilməsi
Azərbaycan İnternet Forumu
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az