ULTRA şirkətində təşkil olunan bu Treninqdə ULTRA şirkətinin prezidenti Tahir Mirkişili “İKT-nin cəmiyyətin müxtəlif sahələrinə təsirləri və perspektivlər“ mövzusunda “SAHİL” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid Qasımov “İnternet Reklam” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimat jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “Elektron ticarət”, “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq. Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davamedir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azərbaycan İnternet Forumu, RİTN, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az