Milli Net təşkilatçıları veb-studiya rəhbərləri və veb-masterlərlə görüşüb

Bu gün Milli Net təşkilatçıları ilə veb-studiya rəhbərləri, developerlər və veb-masterlərin görüşü keçirilib

Milli Net Təşkilat Komitəsinin, Münsiflər Komissiyasının üzvləri Osman Gündüz , Rəşad Əliyev (ilkaddimlar.com), Rəşad Əliyev (evlenirik.biz), Amid Quliyev, həmçinin Milli Net moderatorları Milli Net haqqında məlumat veriblər.

Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüş maraqlı suallar və cavablarla diskussiya şəraitində davam etdirilib. Milli Net təşkilatçıları Müsabiqənin qaydaalrı, səsvermə mərhələləri və prinsipləri, növbəti adddımlarla bağlı iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətiriblər

Milli Net təşkilatçıları Müsabiqənin ədalətli və şəffaf keçirilməsi, gələcəkdə Milli Net Qaydalarının təkmilləşdirilməsi üçün bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Məlumat üçün bildiririk ki, hazırda Milli Net-də saytların qeydiyyatının başa çatmasına 5 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 270-dın çox sayt təqdim olunub və onlardan 221-i yarışmaya buraxılıb.

Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar saytlarını təqdim edə və Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibətlərini bildirə bilərlər.

Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndirmə prosesinin başa çatdırılması nəzərdə tutulub.

Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.

RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Fotolar : http://www.facebook.com/media/set/?set=a.175134359292782.40760.159001754239376&type=1

Comments are closed.