Milli Net TK Müsabiqənin gedişi ilə əlaqəli bir sıra məsələləri müzakirə edib

millinet 2013

Milli Net TK tərəfindən Müsabiqənin gedişi ilə bağlı bir sıra məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Milli Net TK  bildirir ki, Qaydalara uyğun olaraq bəzi saytların Nominasiyalarında dəyişiklik  edilib .Nominasiyalarda sərbəst rəqabətin qorunması məqsədilə qaydalara müvafiq olaraq,

vital.az resursu Ailə , uşaq və sağlamlıq nominasiyasından  Korporativ saytlar nominasiyasına keçirilib.

Həmçinin Milli Net TK tərəfindən müsabiqədə rəqabətli mühit və ədalətli yarışma  yaratmaq  məqsədilə Elektron hökumət və İnnovasiyalar Nominasiyasıına verilmiş saytlar öz sahibləri ilə razılaşdırılmaqla digər müvafiq nominasiyalara keçirilib.

Eyni zamanda, 2011-ci ildə müsabiqədə qalib olan  az.salamnews.org/az resursu yenidən iştirakla bağlı  qaydalarda müəyyən olunan müddət başa çatmadığına görə  Milli Net TK qərarı ilə müsabiqədən kənarlaşdırılıb.

Milli Net TK  müsabiqə iştirakçısı Aydın Məmmədov tərəfindən daxil olan müraciətə baxaraq da müvafiq qərar qəbul edib və bu haqda  iştirakçıya məlumat verilib.

Milli Net TK bildirir ki, hazırda  1-ci səsvermə prosesi davam edir və 02 dekabr tarixdə başa çatacaq.
1-ci səsvermənin yekunu olaraq müsabiqənin Nominantları seçiləcək və onlar arasında 2-ci mərhələ səsvermə aparılacaq. 2-ci səsvermə prosesi 03 dekabr tarixdə  başlayacaq və  15 dekabr tarixdə yekunlaşacaq.
2-ci səsvermənin nəticələri əsasında  Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.

Milli Net Qaliblərinin təqdimat mərasiminin 24 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti də Milli İnternet Mükafatına dəstək verir.

Comments are closed.