Təkliflər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində hazırlanıb.
Ötən ilin sonunda dövlət, özəl və ictimai sektorun nümayəndələrinin
iştirakı ilə “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda keçirilən Dəyirmi Masada səslənən fikirlər də Təkliflərdə öz əksini tapıb.
Təkliflərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun qarşıya qoyduğu məqsədlərin həya keçirilməsində mühüm amillərdən biri olan İctimai İnformasiya Mərkəzlərinin yaradılmasının hüquqi, təşkilati və informasiya təminatı ilə bağlı əsasları qeyd olunub.
Adı çəkilən Layihə çərçivəsində həmçinin Elektron hökumət quruculuğunda əsas istiqamətlərdən biri olan dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqi aparılıb. Monitorinqin nəticələri və Layihə haqqında geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org