Startup Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib

IMG_9800

3 iyul Park Inn Otelində Startup Azərbaycan 2014 layihəsinin yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib.

Azərbaycan İnternet Forumunun prezidenti , startup Azərbaycan TəşkilatKomitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq Startup Azərbaycan 2014 Layihəsinin yekunları və milli startup Müsabiqəsinin nəticələri haqqında məlumat verib. Ötən illə müqayisədə Startup infrastrukturunun inkişafı istiqamətində ciddi irəliləyişlərin olduğunu diqqətə çatdırıb.

O, ötən müddət ərzində Startup Azərbaycan çərçivəsində Bakı Dövlət Universitetində,ADA Universitetində, XƏZƏR Universitetində və Sumqayıt Dövlət Universitetində StartupToplantılarının keçirildiyini, maarifçilik işlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Həmçinin Yüksək Texnologiyalar Parkında startupçıların, developerlərin və İTmütəxəssislərin iştirakı ilə Startup Bakı Toplantısı təşkil olunduğunu bildirib. Eyni zamanda Startup Azərbaycan yarışmasına qatılan milli startup komandalarının üzvlərinə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Osman Gündüz üç ay davam edən Startup Azərbaycan Müsabiqəsinin təşkil olunduğunu qeyd edib.

Bu ilki müsabiqədə 46 startup layihəsinin təqdim edildiyi və 1-ci mərhələ səsvermə nəticəsində 15 Yarımfinalçı startup layihəsi seçildiyini bildirib.

O, ekspertlər tərəfindən layihələrin 5 istiqamət üzrə (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb. Yarışmanın yekununda 6 startup layihəsinin, BethClip, Xərcim.az, “Al – Gəlsin” ,WEARn, İwork.az, Butarek startuplarının uğur qazanaraq finala çıxdığını qeyd edib.

Təqdimat mərasimində Finala çıxan hər bir startup Layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar ediblər.

Təqdimat mərasimində Rabitə və Yüksək Texnologiyalar naziri cənab Əli Abbasov çıxış edib.

Nazir Startup Azərbaycan Layihəsinin ölkədə internet biznesin inkişafı sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq finalçıları və bütün startupçıları əldə olunan uğurlarla bağlı təbrik edib. O, son illərdə ölkədə startup infrastrukturunun inkişaf tempinin xeyli gücləndiyini diqqətə çatdırıb.

Nazir bu istiqamətdə milli startuplara dövlət və özəl dəstəyin təşkili istiqamətdə atılan addımlara toxunub. Bu məqsədlə RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının yaradıldığını diqqətə çatdırıb. Nazir hökumətin bu sahəni prioritet elan etdiyini diqqətə çatdıraraq bu istiqamətdə atılan addımların gələcəkdə daha da güclənəcəyini bildirib.

O, beynəlxalq bazara çıxmağın önəmliyini qeyd edərək tədbirdə iştirak edən özəl sektor nümayəndələrinə, investorlara da çağırış edərək gənc startupların dəstəklənmənin vacib olduğunu bildirib.

Sonra Nazir ƏLİ Abbasov qalib gələn 6 Layihənin komandasına qiymətli hədiyyələr və Diplomlar təqdim edib və startup komandaları ilə kollektiv şəkil çəkdirib.

Daha sonra tədbir “Startup mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi” mövzusunda Konfransla öz işini davam etdirib.

Konfransda spiker olaraq iştirak edən İT-nin İnkiafı Fondunun direktoru Elçin Zeynalov, İnfiPro şirkətinin təmsilçisi Şahin Talıbov, SİNAM şirkətinin direktoru Elçin Əliyev, Xəzər Vençur şirkətinin həmtəsisçisi Məmməd Kərimov, YT Parkın direktor müavini Calal Rəhimov və CyberNet şirkətinin nümayəndəsi Anar Mehdiyev çıxış edərək mövzu ətrafında öz baxışlarını Konfrans iştirakçılarına çatdırıblar.

Çıxış edənlər bu istiqamətdə xeyli irəliləyişlərin olduğunu qeyd etməklə bərabər inkişafa kömək edəcək problemlər və onların həlli istiqamətində də təkliflər veriblər.

Müzakirələrdə Sahil şirkətinin nümayəndəsi Vahid Qasımov, RYTN nümayəndəsi Rauf

Cabbarov, Best Com şirkətinin rəhbəri Rauf Həsənov, İnfi Pro şirkətinin rəhbəri Eldar Abbasov , TƏLƏBƏ.AZ saytının rəhbəri Mürsəl Əliyev, Startup Azərbaycan Komandası üzvləri Şaiq Muradov, Ayaz Quliyev və Rəşad Əliyev, Media təmsilçisi Ellada Musatafayeva, Smart Systems

şirkətinin rəhbəri Sübhan Qaragözov, TASİM Layihısinin kordinatoru Zaur Həsənov, GoldenPay

şirkətinin rəhbəri Fərid İsmayılzadə, qalib gələn startup komandalarının təmsilçiləri və bir sıra digər nümayəndələr çıxış edərək mövzu ətrafında təklif, rəy və arzularını bildiriblər.

Oman Gündüzün moderatorluğu ilə təşkil olunan konfrans maraqlı tərəflərin iştirakı ilə müzakirələrlə davam edib.

Konfransda müzakirələrin yekunu olaraq təkliflərin hazırlanacağı və hökumətə təqdim ediləcəyi vurğulanıb.

Bu gün həmçinin yekun tədbirlər çərçivəsində finala çıxan startuplarla investorların qapalı görüşü ( pitç sessiya) təşkil olunub. Görüşdə iştirak edən investorlarala qalib gələn startup komandasının üzvləri arasında gələcək işbirliyi ilə bağlı müzakirələr aparılıb. Komandalar bir daha investorlara öz layihələrinin incəlikləri ilə bağlı məlumatlar veriblər

Yekun tədbirlərdə və milli konfransda startuplar sahəsində bütün maraqlı tərəflər – startup

komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər,

mentorlar və ekspertlər iştirak edib.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM, CyberNet və Smart Systems şirkətləri Startup

Azərbaycan-a dəstək verirlər.

Fotolar :

Startup Azərbaycan 2014 Milli Konfransı

Startup Azərbaycan 2014 Yekun Təqdimat Mərasimi

Startup Azərbaycan 2014 Finalçıları ilə İnvestorların Görüşü

 

Comments are closed.