Startup Bakı Toplantısı keçirilib

10301463_717871644938836_1265121504262968401_n26 aprel Startup Azərbaycan layihəsi çərçivəsində Yüksək Texnologiyalar Parkında Startup Bakı Toplantısı keçirilib.

Startupçıların, İT ekspertlər və mütəxəssislərin, proqramçılar, developerlər  və dizaynerlərin , İnternet biznesinə maraq göstərənləin iştirak etdiyi Görüşdə  RYT Nazirliyi yanında İT-nin   inkişafına dəstək Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və Fondun əməkdaşı Anar Cəfərov, YT Parkın direktoru Seymur Ağayev  və  Startup Azərbaycan Komandasının üzvləri iştitak edirblər.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq toplantının məqsədi, ölkədə İnternet biznesin vəziyyəti, Startup Azərbaycan
Layihəsi, Startup Müsabiqəsi haqqında geniş məlumat verib.

Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov,  Fondun
əməkdaşı Anar Cəfərov, YT Parkın direktoru Seymur Ağayev  çıxış edərək
startuplar üçün yaradılan şərait, mövcud resurslar və élan olunan Qrant
müsabiqəsi haqqında ətraflı məlumat veriblər.
Toplantıda artıq fəaliyyətdə olan startup sahibləri və ekspertlər  Elşad Yusifli, Fərid Kazımov və Orxan Əhmədov çıxış edərək  startupların uğur əldə etməsi üçün zəruri olan addımlardan, beynəlxalq və yerli startup trendlərindən söz açıblar.
Sonra Dövlət Fondunun, YT Parkın və Startup Azərbaycan Komandasının üzvləri
iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Görüş maraqlı diskussiya
şəraitində davam edib. Startup Azərbaycan TK bildirir ki, bu formatda
görüşlərin 29 aprel tarixdə XƏZƏR Universitetində və 02 may tarixdə ADA
Universitetlərində və növbəti mərhələdə regionlarda  keçirilməsi nəzərdə
tutulub.
Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir ki, hazırda milli startupların
Müsabiqəsi də artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam
edir.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə
keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək
verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell
şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Tədbirdən
hazırlanan fotolar: https://www.facebook.com/media/set/?set=a.717869781605689.1073741853.486851951374141&type=1

Geniş
məlumat : www.startup.az

Startup Azərbaycan Təşkilat Komitəsi
Tel : 012 492-44-44
Veb: www.startup.az
E-mail: info@startup.az
Twitter
@startupaze
FB : fb.com/startupazerbaijan

Comments are closed.