Startup Günləri başa çatıb

startup kollektivStartup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 7 – 9 noyabr tarixlərdə  Park İnn Hotelində Startup Günləri keçirilib. Startup Günlərinin açılış mərasimində çıxış edən  Azərbaycan İnternet Forumunun  prezidenti , Startup Azərbaycan TK-nın üzvü  Osman Gündüz  əsas  məqsədin ölkənin milli startup infrastrukturun inkişafına dəstək vermək, yeni startupların yaradılmasını stimullaşdırmaq ,

startuplar üçün informasiya-metodiki dəstək göstərmək, yeni yaradılan dövlət qurumları tərəfindən startuplar göstəriləcək dəstək haqqında məlumatlar çatdırmaq və  startuplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, dövlətin milli startupların inkişafına dəstək göstərilməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin startup infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Açılış mərasimində Yüksək Texnologiyalar parkının direktor müavini Cabbar  Musayev çıxış edərək YT Park tərəfindən gələcəkdə yerli startuplar  ciddi dəstək verilməsinin nəzərdə tutulduğunu və artıq bu istiqamətdə müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb. Bakcell şirkətinin rəsmisi Mark  Zirka çıxış edərək İnternet biznes və milli startup  sahəsinin inkişafında maraqlı olduqlarını qeyd edib, gələcəkdə də bu sahənin inkişafına dəstək verəcəklərini bildiriblər.

Daha sonra Startup Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və  investisiya mənbələri” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun İcraçı Direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov, İnternet sahibkar Elnur Baimov və İnfipro şirkətinin nümayəndəsi Orxan Əliyev mövzu ətrafında təqdimatlar ediblər. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib.  Xüsusilə İT-nin İnkişafı Dövlət Fondunun və  Yüksək Texnologiyalar Parkının hansı prinsiplər və prioritetlər üzrə startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılıb.

Noyabrın 7-si Startup Günləri çərçivəsində keçirilən konfransdan sonra gənc startupçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 22 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti  və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.

İdeyaları seçilən startupçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada  6 nəfər  startupçı təmsil olunub.  Komandalar formalaşdırdıqdan sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə networking keçirilib.

Seçilən ideyaları və onalrın sahiblərini  təqdim edirik :

1. Nəzrin Nəcəfzadə – Crazy Smile

2. Xalidşah Sanaliyev -   Saghlam Ol app

3. Məmmədzadə Namət – Guard

4. Günay Gözəlova – Lazımdır.az

5. Mətin Zakirov – Baku Parking

6. Abbas Abbasov -  3D Virtual Tour

Növbəti mərhələdə Komandalar  ideyalar üzrə  İnternet Layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb.  Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində seçilən ideyalar ətrafında Layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

Startup Günləri çərçivəsində gənc startupçılara kömək  və metodiki informasiya dəstəyi də təşkil olunub. Yerli startup sahibkarların iştirakı ilə maraqlı görüşlər və təlimlər keçirilib. Görüş və Təlimlərdə ekspertlər Şaiq Muradov, Amid Quliyev, Fərid Kazımov, Elşad Yusifli , Çingiz Eyvazov və Coşqun Kərimov gənc startupçılara faydalı məlumatlar verib və beynəlxalq trendlər haqqında bilgilər çatdırıblar. Görüşlərdə həmçinin yeni fəaliyyətə başlamaq istəyən startupçıların investorlarla münasibətlərinin qurulması , komanda ilə işləmək üsulları və gələcək biznes fəaliyyətinin spesifik xüsusiyyətləri ilə bağlı diskussiya aparılıb.

Startup Günlərinin yekun günündə  6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını  başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir Layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.

Layihələrin təqdimatından sonra  münsiflər qiymətləndirmə prosesi aparıb. Qiymətləndirmə  qabaqcadan hazırlanan metodika əsasında həyata keçirilib. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.

6 Layihə içərisindən 3 qalib layihə seçilib. :

I yer – Sanəliyev Xalidşah – “Sağlam ol “ app

Bu tətbiqetməni telefonunuza yükləyərək xəstəliyinizlə bağlı müvafiq həkim tapa biləcəksiniz.

II yer – Günay Gözəlova – Lazımdır.az

Lazımdır. az ilə siz internetdə kimə nə lazım olduğunu biləcək, sizə nə lazım olduğunu bildirəcək, həmçinin müxtəlif online mağazaların məhsullarını burada görə biləcəksiniz.

III yer – Abbas Abbasov – 3D Virtual Tour

3D Virtual Tour Azərbaycandakı otellərin, istirahət mərkəzlərinin 3D çəkilişini təşkil edib  saytda yerləşdirməyi və  müştərilərlə otel arasında əlaqə yaratmağı planlaşdırır.

Startup Günlərinin yekununda qaliblərin və aktiv iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin  Cybernet və Multibon şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Startup Günlərinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yanında İT-in inkişafı Dövlət Fondu ,  Yüksək Texnologiyalar Parkı və İnfiPro şirkəti  dəstək verib.

Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.

Startup Günlərinin Fotoları:

Startup Azərbaycan/Startup Günləri_Mükafatlandırma mərasimi

https://www.facebook.com/media/set/?set=a.627442073981794.1073741850.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Komandaların təqdimatlar

https://www.facebook.com/media/set/?set=a.627423170650351.1073741849.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Ekspertlər/Mentorların dəstəyi

https://www.facebook.com/media/set/?set=a.627034997355835.1073741847.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Startup Komandaları

https://www.facebook.com/media/set/?set=a.627030224022979.1073741846.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Ekspertlərlə Görüş

https://www.facebook.com/media/set/?set=a.627040747355260.1073741848.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Qalib Ideyalar və Komandalar

https://www.facebook.com/media/set/?set=a.626590494066952.1073741844.486851951374141&type=3

 

Startup Azəbaycan/Startup Günləri_Ideyaların Yarışması

https://www.facebook.com/media/set/?set=a.626585510734117.1073741843.486851951374141&type=3

Startup Azəbaycan/Startup Günləri_Açılış və Konfrans

https://www.facebook.com/media/set/?set=a.626573474068654.1073741842.486851951374141&type=1

Geniş məlumat : www.startupdays.startup.az

Startup Azərbaycan TK

012 492 -44 44

www.startupdays.startup.az

info@startup.az

startupgunleri@startup.az

fb.com/startupdaysaz

@startupdaysaz

 

Comments are closed.