Sabah , 27 may tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək. Konfrans Mətbuat Şurası və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans “İnternet medianın inkişaf tendensiyası və perspektivlər” və “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları üzrə 2 Paneldən ibarət olacaq
Konfransda əsasən İnternet medianın vəziyyəti, İnternet media qurumlarına dövlət dəstəyi və reklam, sosial mediada ictimai informasiyaların açıqlanması, sosial mediada və onlayn xəbər resurslarında monitorinqlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
Konfransda dövlət və media qurumlarının, Ali təhsil müəssisələrinin və İnternet biznes sahəsinin nümayəndələri, Yeni media mütəxəssisləri və ekspertlərin iştirakı nəzərdə tutulub .
Konfrans 27 may tarixdə, saat 10-da BMM-də öz işinə başlayacaq