2005-ci il sentyabrın 12-dən 13-dək Strasburqda “İnformasiya cəmiyyətində insan hüquqları və hüquqi tənzimləmə” mövzusunda Ümumavropa Forumu keçirilib.

50-dək ölkənin dövlət , özəl və vətəndaş cəmiyyəti sektorlarının, nüfuzlu beynəlxalq ictimai qurumların təmsilçiliyi ilə keçirilən Forumda Azərbaycan tərəfindən, bu tədbirə rəsmi dəvət almış Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz iştirak edib.
Forumda əsasən müasir informasiya cəmiyyətində insan hüquqlarının və azadlıqlarının təmin edilməsi, bu sahənin tənzimləməsi və özünütənzimləməsində dövlət, özəl və vətəndaş cəmiyyətlərinin məsuliyyəti və rolu ətrafında müzakirələr aparılıb.
Müasir informasiya cəmiyyətinin formalaşması ilə əlaqəli olan Avropa Şurasının rəsmi sənədlərində , xüsusilə son dövrlərdə qəbul edilən “İnformasiya Cəmiyyətində insan hüquqları və tənzimləmə haqqında” Bəyannamə (may, 2005.),”Kibercinayətkarlıq haqqında” Konvensiyasında, ”Kommunikasiyaların azadlığı haqqında” Bəyannamədə irəli sürülən müddəaların milli qanunvericiliklərdə gerçəkləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Forumda  İnternet və mobil texnologiyalar vasitəsilə yayılan zərərli informasiyalardan uşaqların qorunması, İnternetdən cinayətkarlıq məqsədilə istifadənin qarşısının alınması, demokratik ənənələri zəif ölkələr üçün spesifik olan informasiya sahəsində inhisarçılığın qarşısının alınması və informasiya azadlığının təmin edilməsi sahəsində ciddi addımlar atılmasının vacibliyi vurğulanıb.

AİF
Tel: 492-44-44
Mob: 311-70-45
www.aif.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>