Milli Net Təşkilat Komitəsi bildirir ki, 25 noyabr tarixdə saat 24.00-da Milli Net-də saytların qeydiyyatı başa çatıb. Bu il Milli İnternet Mükafatına 13 Nominasiya üzrə 399 sayt təqdim olunub.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara
öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən Müsabiqəyə buraxılmayanlar və Gözləmədə olanlar 1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.
Hazırda Milli Net-ə qəbul edilən saytların 1-ci səsvermə prosesi davam edir və 30 noyabr tarixdə başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq Milli Net –in Nominantları seçiləcək və Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.
2-ci səsvermə prosesi 03 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı TƏQDİMAT mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net TK
www.millinet.az