Azərbaycan İnternet Forumu bildirir ki, 4 fevral tarixdə Park İnn Hotelində “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək.
Tədbir AİF, RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbirin keçirilməsində məqsəd ölkədə İnternet media sektorunda kibertəhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında informasiya mühitini inkişaf etdirməkdir. Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar veriləcək.
Dəyirmi Masada ölkənin xəbər portallarına, İnternet media resurslarına virtual hücumlar, qanunsuz müdaxilələr və müxtəlif elektron təhlükələr və ondan qorunmaq yolları ətrafında müzakirələr aparılacaq.
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndiriləcək.
Tədbirdə xəbər portalları və saytlarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərinin iştirakı nəzərdə tutulub.
Dəyirmi Masaya həmçinin sahə üzrə ekspertlər və mütəxəssislər də dəvət ediləcək.
Əlaqə üçün:
Aysel Qasımova
012 492 44 44
Mob. 0505635858
informasiya@gmail.com