Bu gün “İnformasiya Cəmiyyətinin ən yaxşi KIV-i və İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti nominasiyaları üzrə keçirilən bu Musabiqənin Münsiflər Heyətinin yığıncağı keçirilib. Münsiflər Heyəti dövlət, özəl və ictimai sektoru təmsil edən, tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılıb.
Münsiflərin toplantısında 17 Jurnalist tərəfindən Müsabiqəyə təqdim olunan yazıların və 15 KİV subyektinin Müsabiqə qaydalarına uyğun olaraq qiymətləndirilməsi prosesi keçirilib. Nəticələrin elan olunmasının və mükafatlandırılma mərasiminin yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.
Qaliblərə qiymətli hədiyyələr və Diplomlar təqdim olunacaq. Ötən ildən başlayaraq hər il keçirilən bu Müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az
AİF
492 44 44.
multimedia@cit.az