Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək

logoAzərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə 31 oktyabr tarixində, Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. Milli Konfrans IREX Azərbaycan tərəfindən dəstəklənir.

Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi Forumu (IGF/Internet Governance Forum) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Milli Konfransda Azərbaycanda İnternetin inkişafı üçün zəruri olan məsələlərin müəyyən edilməsi və həlli yolları ətrafında müzakirələr nəzərdə tutulub.

Milli Konfrans İnternet idarəçiliyi, İnformasiya təhlükəsizliyi və yeni media  mövzuları üzrə  üç sessiyadan ibarət olacaq.

İnternetə əlçatımlıq, onlayn şəffaflıq və İnformasiya təhlükəsizliyi Azərbaycan İnterneti üçün daha aktual olduğundan bu istiqamətdə ciddi müzakirələrin aparılması nəzərdə tutulur. Dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin və mütəxəssislərin müxtəlif sessiyalarda çıxışları nəzərdə tutulub.

Milli Konfransda Azərbaycan İnternetinin gələcək inkişaf istiqamətləri üzrə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

AİF 5 – 9 noyabr tarixlərdə Bakı şəhərində keçiriləcək mühüm əhəmiyyətli Beynəlxalq İnternet İdarəçili Forumu (İGF) ərəfəsində Milli Konfransın keçirilməsinin Azərbaycan İnternetinin inkişafı istiqamətində bütün maraqlı tərəflərin səylərinin gücləndirilməsi üçün bir təkan olacağını düşünür.

AİF bir müddət öncə beynəlxalq İGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün müraciət də qəbul etmişdir.
 
Konfransla bağlı əlavə məlumat almaq , təklif və rəylər təqdim etmək üçün əlaqələndirici şəxs:
Jalə Nəcəfova
 
AİF
http://aif.az/
igf@aif.az
0124924444
0503065630

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>