Tədbirin əsas mövzusu“İnternet re
gional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi” olacaq. Forum çərçivəsində İnternet İdarəçiliyi regional münasibətlərin inkişafı kimi – Yeni tendensiyalar, imkanlar və risklər, Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi, Regional informasiya təhlükəsizliyi və Kibercinayətkarlıq Azərbaycanda internet idarəçiliyi və milli internet infrastrukturu və digər bu kimi məsələlər müzakirə ediləcək. Tədbirdə BMT-nin Baş katibinin müavini Vu Honqbonun da iştirakı gözlənilir.
2012-ci il 6-9 noyabr tarixlərində İnternet İdarəçilik Forumunun 7-ci görüşü məhz Azərbaycanda keçirilmişdi. Azərbaycan bugünədək keçirilmiş bütün İİF tədbirlərində səmərəli iştirak etmişdir. İİF-in Bakı toplantısı “Davamlı insan, iqtisadi və sosial inkişaf üçün İnternet İdarəçiliyi” devizi altında keçirilmişdir. İİF-in Bakı tədbirinin iştirakçıları əvvəlki illərlə müqayisədə daha fərqli regionları təmsil edirdilər.
Qeyd edək ki, ötən il Azərbaycanda Milli İnternet İdarəçiliyi Forumu da keçirilib.
Şəkillər: https://www.facebook.com/