Azərbaycan İnternet Forumu İdarə Heyətinin Məlumatı

AİF ictimai birliyinin rəsmi dövlət qeydiyyatı sahəsində və  Rabitə Nazirliyi tərəfindən internet istifadəçilər üçün tətbiq edilən administrativ-texnoloci senzuranın aradan qaldırılması istiqamətində aparılan işlər haqqında məlumatlar  nəzərə alınıb. Yığıncaqda «İnternetin tənzimlənməsi» işçi qrupunun hazırladığı «İnternet xidmətlərindən istifadə normaları» haqqında sənəd ətrafında müzakirələr aparılıb. Rabitə Nazirliyi tərəfindən 2000-ci ildə qəbul edilən «İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları» adlı sənəd mövcud qanunvericiliyə zidd olduğundan belə bir Layihənin vacibliyi vurğulanıb.Müzakirələrdən sonra sənədin yenidən işlənərək növbəti iclasa çıxarmaq haqqında qərar qəbul edilib. Yığıncaqda, son dövrlərdə DomenAz ətrafında gedən müzakirələrə münasibət bildirilib. DomenAz serverinin yalnız bütün növ təhlükəsizlik tədbirləri görüldükdən və onun mühafizəsinə tam təminat verildikdən sonra ölkəyə gətirilməsinin mümkünlüyü,eləcədə DomenAz-ın qeydiyyatı prosesində kollegiallığın və internet ictimaiyyətinin bütün təbəqələrinin maraqlarının nəzərə alınmasının vacibliyi prinsip kimi qəbul edilib.Forum beynəlxalq təcrübəni əsas tutaraq DomenAz-ın qeydiyyatının dövlət qurumu tərəfindən həyata keçirilməsini məqsədəuyğun hesab etməyib.
Toplantıda şəhərdə fəaliyyət göstərən əksər İnternet klublarda azərbaycan dilinin işlədilməsi və üçün heç bir normal şəraitin olmadığı vurğulanıb. İşçi qrupuna bununla bağlı tədbirlər hazırlamaq tapşırılıb.
«Əməliyyat-axtarış tədbirləri haqqında» Qanuna və «Rabitə haqqında» Qanuna edilən dəyişikliklər ətrafında müzakirələr aparılıb. Məsələni kifayət qədər araşdırdıqdan sonra müzakirəyə çıxarmaq haqqında razılıq əldə olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>