Müraciətdə son vaxtlar ölkə televiziyalarının ekranlarında Bakcell mobil operatorunun “cin kart” reklamında körpə uşaqdan istifadə olunmasının geniş ictimaiyyət arasında ciddi narahatçılıqla qarşılandığı vurğulanıb.
Müraciətdə BMT-nin “Uşaq hüquqları Konvensiyasına”, AR Televiziya və Radio Yayımı haqqında Qanunun 35.14-cü maddəsinə və “Reklam haqqında” Qanunun 21-ci maddəsinə əsaslanaraq uşaqların mənafeyinin qorunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə diqqət cəlb edilib. Bakcell mobil operatoru tərəfindən öz məhsulun reklamı zamanı “cinbala” kimi təqdim olunan körpə uşaqdan istifadə etməsi qeyd olunan qanunvericilik aktlarının müddəalarının kobud surətdə pozulması kimi dəyərləndirilib.
Müraciətdə Azərbaycanın sivil dünyaya inteqrasiya etdiyi indiki zamanda uşaqların hüquqlarının qorunması istiqamətində ciddi addımların atılmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Müraciətdə adı çəkilən qurumlardan Bakcell mobil operatorunun xidmətlərinin reklamında körpə uşaqdan istifadə olunmasının qarşısının alınması üçün tədbirlər görülməsi xahiş olunub.
Müraciətin tam mətni ilə BURADA tanış olmaq olar.
AİF
Tel: 492-44-44
Veb:www.cit.az
Email: info@cit.az