Azərbaycan İnternet Forumunun açıqlaması

logoTarif Şurası və RİTN tərəfindən internet qiymətlərinin az da olsa endirilməsinə təsir göstərən müxtəlif rabitən xidmətlərinin tarifləri endirilmişdir.
AİF bildirir ki, bunadək RİTN və AIF tərəfindən aparılan Monitorinqlərin nəticələri qiymətlərin birneçə dəfə endirilməsi üçün ciddi əsasların olduğunu göstərmişdi.
AİF bildirir ki, hazırda bu qurum tərəfindən İnternet bazarında yaranmış vəziyyətin Monitorinqi aparılır və nəticələr yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
AIF bildirir ki, endirimdən sonra ölkənin Internet bazarında müsbət istiqamətdə müəyyən irəliləyişlər müşahidə olunur. Eyni zamanda AİF bildirir ki, qiymət endirimi elan olunandan sonrakı vəziyyətin ilkin analizi İnternet bazarında yaranmış vəziyyəti hələlik birmənalı olaraq dəyərləndirməyə imkan vermir. Qiymətləri ciddi olaraq endirənlərlə bərabər, bəzi provayderlər aşağı sürətli ADSL qoşulmaların qiymətlərində cüzi dəyişikliklərlə kifayətləniblər. Qiymətləri hiss olunacaq qədər endirən bəzi Provayderlər isə upload sürətini bir neçə dəfə azaldıblar. Bir sıra provayderlər istifadəçilərin əvvəlki ödəmələrini saxlayaraq onların aldıqları sürəti 2 dəfə artırıblar. Hələlik bu sürətlərin keyfiyyətinin, konkret Provayderlər üzrə nə dərəcədə real olmasının araşdırılması istiqamətində AİF tərəfindən aparılan işlər başa çatmayıb.
AİF bildirir ki, endirimdən sonra ətraf ərazilərdə yaşayan istifadəçilər infrastruktur problemlərindən, köhnəlmiş xətlərin yüksək sürətli internetə tab gətirmədiyindən İnternetdə normal fəaliyyət qura bilməyiblər.
Dövlət provayderlərinə müraciətlərin sayı çoxaldığından , bu provayderlərdə ciddi texniki-texnoloji problemlər ucbatından istifadəçilərin qoşulma ilə bağlı sifarişlərini vaxtında icra etmək mümkün olmayıb.
AİF bildirir ki, qiymət endirimindən dərhal sonra ölkənin əsas internet təchizatçısı olan Delta Telekom tərəfindən Provayderlərə təklif olunan qiymətlərin daha 2 dəfə aşağı salınması elan edilib. Təəssüf ki, bu cür endirimdən sonra da hələlik Probvayderlərin təklif etdiyi qiymətlərdə bu endirimin nəticəsi öz əksini tapmayıb.
AİF eyni zamanda bildirir ki, ilkin müşahidələr qonşu ölkələrdəki orta internet qiymətləri ilə müqayisədə, hələlik ölkədəki internet qiymətlərinin təxminən 10 dəfə baha olduğunu göstərir.
AİF qiymət endirimindən sonrakı vəziyyətin RİTN və İqtisadi İnkişaf Nazirliyi tərəfindən monitorinq olunmasını zəruri hesab edir. AİF bir daha bildirir ki, hazırda internet xidmətlərinin qiymətləri və keyfiyyəti ilə bağlı Monitorinqi davam etdirir və nəticəsi yaxın müddətdə elan olunacaq

AİF
Tel: 492-44-44
E-mail: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>