Regionların informasiya məkanında qeyri-bərabər vəziyyətin hökm sürdüyü, milli efir tezliklərindən səmərəli və effektiv istifadə olunmadığı bir şəraitdə mövcud informasiya subyektlərinin fəaliyyətin dayandırılması absurd bir addım olardı. Bu Azərbaycanın informasiya məkanını daha təhlükəli bir vəziyyətə gətirib çıxarardı.
Ölkədə kabel, internet və peyk yayımının yetərli və hamı üçün əlçatan olmadığı indiki şəraitdə adı çəkilən radioların yerli tezlikdə fəaliyyətinin dayandırılması və digər yayımlara yönləndirilməsi vətəndaşların müstəqil informasiya almaq hüquqlarını xeyli məhdudlaşdıracağı şəksizdir. AİF MTRŞ rəhbərliyinin bu bəyanatını ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə, Habelə BMT-nin qəbul etdiyi və Azərbaycanın qoşulduğu Mülki və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi presedentlərinə zidd hesab edir və bunu plüralizmin, habelə ifadə azadlığının məhdudlaşdırılmasına yönələn təşəbbüs hesab edir. AİF həmçinin milli tezlik resursların əhəmiyyətinin kifayət qədər artdığı indiki vəziyyətdə, Radiotezliklər üzrə Dövlət Komissiyasının statusuna yenidən baxılmasını, bu sahəyə ictimai nəzarət imkanlarının genişləndirilməsini, komissiyada mülki və ictimai sektorun xüsusi çəkisinin artırılmasını zəruri hesab edir AİF milli tezliklərin ayrılması və istifadəsi prosesində şəffaflığın təmin olunmasını, efir boşluğunun qarşısının alınmasını, efir tezliklərindən effektiv istifadə edilməsini, maraqlı tərəflərin bu resursdan istifadəsi üçün normal şərait yaradılması vacib hesab edir.
AİF
Tel: 492-44-44
www.informasiya.org