Toplantıda AİF üzvü Emin Hüseynovun “Milliləşdirilmiş domen adları” mövzusunda təqdimatı olub.
Beynəlxalq aləmdə artıq ayrı-arı ölkələrə məxsus milli əlifbalar üzrə domen adlarının qeydiyyatı prosesinin başlanıldığı bildirilib. Toplantıda bu tip domen adlarının qeydiyyatının texnoloji, təşkilati və hüquqi aspektləri ətrafında müzakirələr aparılıb. Bu cür domen adlarından istifadə zamanı milli internet seqmenti və xarici internet istifadəçiləri üçün müxtəlif yanaşmalar ola biləcəyi vurğulanıb. Milliləşdirilmiş domen adlarını yalnız alternativ, əlavə domen adı kimi istifadəsinin əhəmiyyətli olacağı haqqında fikirlər səslənib. Bu məsələdə Azərbaycan İnternetinin maraqlarını əsas tutulmasının zəruriliyi qeyd edilib. Toplantıda AİF növbəti yığıncağında bu məsələnin yenidən müzakirə edilərək geniş ictimaiyyətə təqdim edilməsi haqqında ümumi razılıq əldə olunub.
AİF –in toplantısında RİTN-in rabitə tariflərinin qaldırılması və bu sahədə struktur dəyişikliyi ilə bağlı Təklifləri ətrafında müzakirələr aparılıb. Telefon danışıq haqlarının vaxthesabı üsulakeçirilməsi ədalətli hesab olunsa da ölkədə hələlik bununla bağlı şəraitin yetişmədiyi bildirilib. Xüsusən ölkənin internet istifadəçilərinin böyük əksəriyyətinin mövcud telekommunikasiya şəbəkəsindən istifadə etdiyi bir zamanda bunun İnternetin inkişafı üçün müəyyən təhlükələr törədə biləcəyi vurğulanıb. Rabitə xidmətləri sahəsində əhalinin sərbəst seçim imkanlarının yetərincə formalaşmadığı bildirilib. Keyfiyyətli xidmət üçün infrastrukturun inkişafı ilə bərabər, istehlakçıların maraqların qorunmasının da vacib olduğu önə çəkilib. AİF-in rabitə tarifləri ilə bağlı RİTN-ə və Tarif Şurasına göndərdiyi Təkliflərin dəstəklənməsi istiqamətində işlərin davam etdirilməsi, bununla bağlı Tarif Şurasında keçiriləcək müzakirələrdə iştirak edilməsi məqsədəuyğun hesab edilib.
AİF-in toplantısında yeni üzvlərin qəbulu, növbəti toplantının gündəliyi və bir sıra cari məsələlər də müzakirə olunub.
AİF
Tel : 492-44-44
Veb: www.cit.az
Email: info@cit.az