Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

Azərbaycan İnternetində istifadəsinin mümkünlüyü ilə bağlı məsələ  bir daha müzakirə edilib. Milli əlifbaya uyğun domen adlarının qeydiyyatının milli internet seqmentinin inkişafına hansı təsirləri  göstərə biləcəyi yenidən müzakirə predmetinə  çevrilib. Müzakirələrdə bu tip domenlərdən istifadə edilməsinin mümkünlüyü, ölkə daxilində  bunun müəyyən müsbət təsirlərinin ola biləcəyi  vurğulanıb. Eyni  zamanda xarici internet istifadəçiləri üçün, bütövlükdə AzNet üçün yalnız bu tip domenlərdən istifadə edilməsinin Azərbaycan İnternetinin inkişafına mənfi təsirlər göstərə biləcəyi də xüsusilə qeyd olunub. Toplantıda hələlik geniş populyarlıq qazanmayan bu texnologiyanın tətbiqi və onun AzNet-in inkişafına təsirləri ilə bağlı  ictimaiyyətə  məlumatçatdırılması üçün əlaqədar qurumlarla birgə tədbir keçirilməsi  məqsədəuyğun hesab edilib.
AİF-in ısında milli domen Qeydiyyatçıları tərəfindən iki hərfli domen adlarının qeydiyyatının aparılmamağına münasibət bildirilib. Bu  sahədə bəzi şirkətlərin iki və ya üç hərfli domenlərinin mövcudluğunun hazırda İnternet bazarında haqsız  rəqabət mühiti yaratdığı qeyd  olunub. Bu tip domenlərin sayının kifayət qədər məhdud olması, məxsusi qeydiyyat prosedurasının vacibliyi, ticarət nişanlarına  malik olan qurumlar üçün bu tip domenlərin qeydiyyatının mümkünlüyü ətrafında müzakirələr aparılıb. Toplantıda mövcud qanunvericiliyə uyğun Qeydiyyat Qurumu formalaşanadək yalnız ticarət nişanlarına  malik olan iki hərfli domen adlarının qeydiyyatının məqsədəuyğun olması və bununla bağlı müvafiq qurumlara müraciət edilməsi haqqında  qərar qəbul olunub.
AİF-intoplantısındaAzərbaycan İnternetində uzunmüddətdən bəri davamedəninhisarçılığınvə əsasəndə bununnəticəsində yaranankeyfiyyətsiz internetin yaratdığı problemlər ətrafındamüzakirələr aparılıb. Ölkənin İnternet trafikinə yalnız bir şirkətin nəzarət etməsinin, bütövlükdə ölkə üzrə bu sektorda və telekommunikasiya sektorunda liberallaşmanın zəif getməsinin AzNet-in inkişafına ciddi əngəllər törətdiyi bildirilib. Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun gəlməyən bu tendensiyaya son qoyulmasının vacibliyi vurğulanıb. Azərbaycanın sərhədinədək bir neçə magistral İnternet kanalının ( Backbone) gətirilməsinin zəruriliyi qeyd olunub. Bununla bağlı müzakirələrin yekununda Azərbaycan İnternetində inhisarçılığa son qoyulması, bu sahədə sərbəst və azad rəqabət mühitinin formalaşdırılması üçün qəti addımların atılması məqsədilə RİTN-ə Müraciət ünvanlanması məqsədəuyğun hesab olunub.
AİF-in toplantısında bir sıra cari məsələlər də müzakirə olunub.

AİF
Tel :    492-44-44
Veb:   www.cit.az
Email: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>