“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

themeart_full_horizontal_white

“Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan İnternet Forumu tərəfindən Müsabiqəyə hazırlıq üzrə Təşkilat Komitəsinə göndərdiyi

TƏKLİFLƏR
(Təkliflər 11.07.2011-ci il tarixdə adı çəkilən quruma göndərilib)

1. Bakı şəhərinin ictimai nəqliyyat portalı yaradılmalıdır. Burada bütün avtobus və digər ictimai nəqliyyat marşrutları, həmçinin bir nöqtədən başqa nöqtəyə gediş üçün yolun hesablanması olmalıdır.

2. Google maps xidməti Bakıda turizm və ictimai əhəmiyyət kəsb edən digər obyektlərlə zənginləşdirilməlidir.

3. Milli İnternet resursların texniki dayanıqlığı gücləndirilməlidir. Əhəmiyyətli Milli internet resursları kütləvi ziyarət üçün hazırlanmalıdır.

4. Mühüm informasiya əhəmiyyəti kəsb edən xəbər resurslarına və Azərbaycan haqqında resurslara maddi-texniki dəstək verilməlidir. Milli serverlərdə servis xidmətinin işi çevik və effektiv fəaliyyət mexanizmi qurulmalıdır.

5. Bakı şəhərinin saytı müasir tələblər baxımından tamamilə yenidən qurulmalıdır

6. Təhsil müəssisələrinə Azərbaycanın ən görməli yerləri ilə bağlı foto-video müsabiqələr keçirilməsi və əldə olunan materiallardın İnternetdə yerləşdirilməsi vacibdir.

7. Youtube resursunda Azərbaycan və Bakı ilə bağlı zəngin informasiyalara malik xüsusi kanal yaratmaq səmərəli və faydalı olardı.

8. Turizm və informasiya yönümlü yeni resursların yaradılması və bu istiqamətdə mövcud saytların əsaslı olaraq yenidən qurulması və dəstəklənməsi zəruridir.

9. Eurovision 2012 keçirilən ərazidə, tədbir iştirakçıları və turistlər üçün digər əhəmiyyət kəsb edəcək yerlərdə Wi-Fi şəbəkələrinin quraşdırılması vacibdir.

10. İnternetin keyfiyyətinin yüksəldilməli, Geniş zolaqlı Mobil internet infrastrukturu normallaşdırılmalı, mobil İnternetə əlçatımlıq təmin olunmalıdır.

11. Elektron ödəniş sistemləri , ATM və post terminallar şəbəkəsi təkmilləşdirilməlidir.

12. Potensial turistlərlə facebook ve twitter kanalları vasitəsilə effektiv ünsiyyət mexanizmləri hazırlanmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>