“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

Internet forum0 (1)_1RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə sabiq millət vəkili Rizvan Cəbiyev  “İnformasiya cəmiyyətində jurnalistikanın problemləri” mövzusunda, Meqa şirkətinin meneceri Qabil Qasımov “İnternetdə axtarış və jurnalistlər üçün informasiya resursları” mövzusunda jurnalistlər  qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Növbəti –sonuncu Treninqdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev   “İnternet Jurnalistika” mövzusunda məruzə ilə çıxış edəcək.
Məlumat  verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.

Geniş məlumat : www.cit.az
AİF
www.cit.az
 Tel. 492 44 44

multimedia@cit.az   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>