İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib.

ULTRA şirkətində təşkil olunan bu Treninqdə BDU-nun kafedra mwdiri, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli “Müasir dövrdə  jurnalist” və  müstəqil ekspert Azər Həsrət “Beynəlxalq Jurnalist Qurumları” mövzusunda təqdimatlarla  çıxış ediblər.
Təqdimat jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “İnformasiya  təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat  verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azərbaycan İnternet Forumu, RİTN HPULTRAşirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az

AİF
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>