“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində keçirilən Müsabiqə yekunlaşmaq üzrədir

IMG_16299Bu gün “İnformasiya Cəmiyyətinin ən yaxşi KIV-i və İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti nominasiyaları üzrə keçirilən bu Musabiqənin Münsiflər Heyətinin yığıncağı  keçirilib. Münsiflər Heyəti dövlət, özəl və ictimai sektoru təmsil edən, tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılıb.
Münsiflərin toplantısında 17 Jurnalist tərəfindən Müsabiqəyə təqdim olunan yazıların və 15 KİV subyektinin Müsabiqə qaydalarına uyğun olaraq qiymətləndirilməsi prosesi keçirilib. Nəticələrin elan olunmasının və mükafatlandırılma mərasiminin yaxın günlərdə keçirilməsi  nəzərdə tutulub.
Qaliblərə qiymətli hədiyyələr və Diplomlar təqdim olunacaq. Ötən ildən başlayaraq hər il  keçirilən bu Müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə RİTN, Azərbaycan İnternet Forumu, HPULTRA  şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az

AİF
492 44 44.
multimedia@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>