“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Tədbirlər planının hazırlanması məqsədilə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə İşçi Qrupu yaradılıb.
İşçi Qrupuna RİTN, Naxçıvan Muxtar Respublikası RİT Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi , Azərbaycan İnternet Forumu , biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələri daxil edilib.
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İşçi Qrupun ilk iclası keçirilib. İclasda nazir Əli Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirmiş və bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd etmiş və Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşüb.
Qarşıdakı fəaliyyətdə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu qeyd etdi.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da ilkin müzakirələrin keçirildiyini və “Tədbirlər Planı”nın hazırlanmasında AMEA-nın fəal iştirak edəcəyini bildirmişdir.
Toplantıda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA İTİ-nin direktoru Rasim Əliquliyev, Nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə və digərləri çıxış ediblər.
Çıxış edənlər İKT ili ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılmışdır.
Təkliflərin 30.01.2013-cü il tarixinədək RİTN-ə təqdim edilməsi və Tədbirlər planının layihəsinin 05.02.2013-cü ilədək hazırlanması nəzərdə tutulur.

Comments are closed.