Bu gün Azərbaycan İnternet Forumunun növbəti yığıncağı keçirilib. Yığıncaqda Foruma yeni üzvlərin qəbulu, ölkədə Telekommunikasiya və İnternetlə bağlı Qanunvericilik bazacının yaradılması, «İnternet şəbəkəsindən istifadə normaları» haqqında Layihənin yekun variantı, AİF-in Tarif Şurasına müraciətinin nəticələri, bir sıra provayderlər tərəfindən «Unlimited» xidməti üzrə qiymətlərin qaldırılması haqqında, Qeyri-qanuni olaraq tətbiq edilən əlavə İnternet haqqının Provayderlərdən tutulması ilə bağlı RN-nin Provayderlərə Müqavilə bağlamaq təklifinə münasibət və bir sıra digər məsələlər müzakirə edilib. Yığıncaqda «İnternetin tənzimlənməsi » işçi qrupunun hazırladığı «İnternet şəbəkəsindən istifadə normaları» haqqında sənədin yekun variantı qəbul edilib. Qeyd olunan sənəd ölkədə İnternet şəbəkəsinin normal fəaliyyətinin təmin edilməsi üçün internet istifadəçiləri tərəfindən qəbul edilməsi tövsiyyə olunan müəyən etik və texnoloci normalardan ibarətdir.Yığıncaqda «İnternet şəbəkəsindən istifadə normaları»nın İnternet bazarının digər subyektləri tərəfindən də qəbul edilməsi məqsədəuyğun hesab edilib və maraqlı qurumlar və şəxslər iərəfindən sənədin imzalanması üçün açıq saxlanılması qərara alınıb.
Yığıncaqda son dövrlərdə İnternet bazarının bir sıra subyektləri tərəfindən «Unlimited»(limitsiz)» internet xidməti üzrə qiymətlərin məhdudlaşdırılması(minimal hədd müəyyənləşdirilməsi) istiqamətində aparılan bloklaşma ilə bağlı müzakirələr aparılıb. İnternet istifadəçilərin maraqlarının qorunması , sərbəst bazar mühitinin yaradılması sahəsində İqtisadi İnkişaf Nazirliyinin təsirli tədbirlər görə bilmədiyi qeyd olunub. Yığıncaqda, mövcudluğu məhkəmə predmeti olan «Bakinternet» dövlət provayderi tərəfindən qeyd olunan xidmət üzrə qiymətlərin birdən-birə 50% qaldırılması dövlət internetinin mahiyyəti nöqteyi-nəzərdən və qiymət siyasəti səhətdən dünyada analoqu olmayan bir hal kimi qiymətləndirilib. AİF bütövlükdə AzNet-in maraqlarını qorumaq məqsədilə bu istiqamətdə daha ciddi addımların atılmasını məqsədəuyğun hesab edib. Yığıncaqda Rabitə Nazirliyi və onun nəzdində yaradılan Provayderlər Assosasiyası tərəfindən Tarif Şurasına təqdim elimiş təklifin müvafiq tənzimləyici dövlət qurumları tərəfindən mövcud qanunvericiliyə zidd olduğuna görə baxılmadığı haqzqında məlumat nəzərə alınıb. AİF bununla bağlı , eləcədə 10 ay davam edən «İnternet məhkəməsi» ilə bağlı işin hazırda Apellyasiya məhəkəməsində baxıldığını nəzərə alaraq ölkənin İnternet bazarının subyektlərinə Müraciət qəbul edib. Müraciətdə , qanuna zidd olaraq tətbiq edilən tariflərin hansısa qeyri-qanuni Müqavilələrlə təsbit edilməsi yolverilməz hesab edilir, bütün qüvvələrin «İnternet senzurasının» birdəfəlik aradan qaldırılması istiqamətində cəmləşdirilməsinin vacibliyi vurğulanır. Yığıncaqda müxtəlif nominasiyalar üzrə Milli internet resursların illik müsabiqələrinin keçirilməsi ilə bağlı təşkilati məsələlər ətrafında müzakirələr aparılıb. Bu layihənin həyata keçirilməsi mexanizmlərinin hazırlanması üçün müvafiq İşçi Qrupu yaradılıb.
AİF İdarə Heyəti
Tel : 98-72-56
Mobil: 8(50/55) 311 70 45
Veb: www.cit.az
Email: info@cit.az