“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib.

SAHİL İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vahid Qasımov “İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi “ mövzusunda  təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran çoxsayllara aydınlıq gətirilib.

 

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək. Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması, İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.
Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>