Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib.

ULTRA şirkətində təşkil olunan bu Treninqdə ULTRA şirkətinin prezidenti Tahir  Mirkişili “İKT-nin cəmiyyətin müxtəlif sahələrinə təsirləri və  perspektivlər“ mövzusunda  “SAHİL” İnformasiya  Texnologiyaları Mərkəzinin direktoru Vahid Qasımov “İnternet Reklam” mövzusunda təqdimatlarla  çıxış ediblər. Təqdimat jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “Elektron ticarət”, “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “İnformasiya  təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq. Məlumat verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davamedir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək  vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azərbaycan İnternet Forumu, RİTN, HPULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.

Geniş məlumat : www.cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>