Milli Net 2011 Müsabiqəsinə start verilir

sx_293482301_dp13 sentyabr tarixdə Milli İnternet Mükafatı uğrunda Müsabiqənin -Milli Net 2011-in Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Milli Net 2011- in qeydiyyat prosesinə15 sentyabr tarixdə start veriləcəyi bir daha vurğulanıb.
Toplantıda Müsabiqəyə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bu ilki yarışmanın 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:

1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Dövlət və bələdiyyə saytları
10. Xidmət (Servis)
11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar

Ötən ildə olduğu kimi Qiymətləndirmə prosesini internet istifadəçiləri tərəfindən deyil, peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir.
Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Milli Net TK –nın toplantısında Müsabiqəyə informasiya dəstəyi vermək istəyənlərlə bağlı şərtlər müzakirə edilərək qəbul olunub.
Toplantıda Milli Net istifadəçilərinin əvvəlki illərdə sistemə daxil olmaq üçün istifadə etdikləri məlumatların qüvvədə qaldığı bildirilib və bu məlumatların bir daha hər bir istifadəçiyə göndəriləcəyi vurğulanıb.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.
Geniş məlumat : www.millinet.az

Milli Net TK
Tel : 492-44-44
Veb: www.millinet.az
E-mail: award@millinet.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>