Rabitə və İnformasiya Texnologiyaları naziri Cənab Əli Abbasova

Eli Hesenov 261211Sizin tərəfinizdən azdomeninin qeydiyyatının beynəlxalq normalar və yerli qanunvericiliyə uyğun tənzimlənməsi ilə bağlı tapşırıqlarınız yenidən bu sahəni istiqamətləndirənlər tərəfindən icra olunmur.
Aidiyyatı qurum adı altına heç bir dəxli olmayan şəxslər, təşkilatlar da bu prosesə cəlb olunub. Sizin tərəfinizdən tapşırılmasına baxmayaraq aidiyyatı qurumlar müəyyən edilmədən,bu qurumlar tərəfindən qeydiyyat qaydalarının Layihəsi hazırlanmadan Telekommunikasiya haqqında Qanuna və İCANN -nın prinsiplərinə zidd olan bir Layihənin müzakirəsi təklif olunub. Aidiyyatı qurumlar müəyyən edilmədən bu cür müzakirələrin səmərə verəcəyini düşünmürük. Odur ki, ilk öncə aidiyyatı qurumların müəyyən olunması ilə bağlı RİTN -lə birgə fikir mübadiləsi aparılmasını məqsədəuyğun hesab edirik.
Cənab nazir.
Bir daha bildirmək istərdim ki,milli ünvanların qeydiyyatının tənzimlənməsi beynəlxalq və yerli İnternet ictimaiyyətin diqqət mərkəzində olan bir məsələdir.
Beynəlxalq və yerli qanunvericilik isə qeydiyyat prosesi ilə bağlı Azərbaycan İnternetinin inkişafı istiqamətində real olaraq addımlar atan, ictimai fikrə təsir edəbilən aidiyyatı qurumların müəyyən edilməsini, dövlət, özəl və ictimai sektor nümayəndələrindən ibarət müstəqil tənzimləyici qurumun formalaşdırılmasını (hansı ki, Sizin təşəbbüsünüzlə bu istiqamətdə xeyli uğurlu addımlar atılmışdı, lakin sonradan bunlar nədənsə unuduldu), bu qurumlar tərəfindən ortaq bir Qaydaların hazırlanmasını tələb edir.
Qeyd olunanların gerçəkləşməsi üçün bir daha göstəriş verməyi Sizdən xahiş edirəm.

Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti,
Multimedia Mərkəzinin direktoru
Tel: 492-44-44
www.cit.az
E-mail: osman@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>