Startup Azərbaycan Müsabiqəsinə buraxılan 28 startup komandaları üçün Təlim keçirilib.
Startup Azərbaycna TK üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və YT
Parkın təmsilçisi Ülvi Aslanov Təlimlərin açılışını edərək onun məqsədi haqqında məlumat veriblər.
Startup Azərbaycan çərçivəsində qarşıda gözlənilən tədbirlər haqqında da məlumatlar verilib.
Startup Azərbaycan tərəfindən Yüksək Texnologiyalar Parkında təşkil olunan Təlimdə beynəlxalq ekspert Paul Warren, yerli ekspertlər Fərid Kazımov və Çingiz Eyvazovun maraqlı təqdimatları olub.
Təlimdə iştirak edənlər startup komandaları biznes-planların hazırlanması, İnternet bazarın və risklərin dəyərləndirilməsi, layihələrin İnvestorlara təqdim edilməsi, İnvestorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında bilik və bacarıqlar əldə ediblər.
Sonda Təlimçilər startup iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Müsabiqənin 1-ci mərhələsində seçilən yarımfinalçılar təlimlərdən sonra əldə etdikləri bilik və bacarıqlar əsasında yenidən əhatəli biznes-planlar hazırlamalı və Startup Azərbaycan Ekspert Şurasına təqdim etməlidirlər.
Həmçinin yarımfinalçıların ekspertlər qarşısında öz Layihələri ilə bağlı oflayn formada
təqdimatlarla çıxış etmələri də nəzərdə tutulub. Bu təqdimatlar əsasında Ekspertlərin yekun
qiymətləndirməsi olacaq və Finalçılar seçiləcək.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan Milli
Konfransının, finala çıxan startuplarla investorların qapalı görüşünün 3 iyul tarixdə keçirilməsi planlaşdırılır.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.