25 aprel Startup Azərbaycan layihəsi çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib.
Startuplar və İnternet biznes sahəsi ilə maraqlanan tələbələrin qatıldığı Görüşdə Startup Azərbaycan Komandasının üzvləri və RYT nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi haqqında və Startup Azərbaycan Layihəsi, Startup Müsabiqəsi haqqında geniş məlumat verib. Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov Fond tərəfindən elan edilən Qrant müsabiqəsi və Fonda Layihələrin təqdim edilməsi qaydaları haqqında məlumat verib
Toplantıda konkret bir neçə milli startupın – SocSet və Vital CV Layihələrinin ərsəyə gəlməsi haqqında onun yaradıcıları Şaiq Muradov, Orxan Əhmədov və Çingiz Eyvazov görüş iştirakçılarını məlumatlandırıblar.
Onlar adı çəkilən Layihələr haqqında, onların ideyası və texniki-texnoloji xüsusiyyətləri haqqında, İnternet bazarındakı yeri haqqında və gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər.
Sora Startup Azərbaycan Komandasının üzvləri və Dövlət Fondunun nümayəndəsi iştirakçıların suallarını cavablandırıblar.
Startup Azərbaycan TK bildirir ki, bu formatda görüşlərin digər Universitetlərdə və regionlarda da keçirilməsi nəzərdə tutulur.
Belə bir görüşün 26 aprel tarixdə Yüksək Texnologiyalar parkında a və 29 aprel tarixdə XƏZƏR Universitetində keçirilməsi planlaşdırılıb.
Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir. Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Tədbirdən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.717383091654358.1073741852.486851951374141&type=1
Geniş məlumat : www.startup.az
Startup Azərbaycan Təşkilat Komitəsi
Tel : 012 492-44-44
Veb: www.startup.az
E-mail: info@startup.az
Twitter @startupaze
FB : fb.com/startupazerbaijan