“Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı (2005 -2007-ci illər)” həyata keçirilir.

Proqramın əsas məqsədi İnformasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, ölkənin təhsil sistemini dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaqdan ibarətdir.
Proqram çərçivəsində məktəblər üçün nəzərdə tutulan kompüterlərin ölkə daxilində yığılması həyata keçirilir.
Bu kompüterlərin, xüsusilə də onların əməliyyat sistemləri və proqram təminatının hansı standartlara cavab verməsi xüsusi önəm kəsb edir. Hazırda ölkənin təhsil sistemində İKT-nin tətbiqi üzrə milli standartların olmaması, bu sahədə hüquqi-normativ bazanın hələlik yaradılmaması bu problemi daha da aktual edir.
Azərbaycan İnternet Forumu bu cür problemlərin həlli istiqamətində Təhsil Nazirliyi və digər aidiyyatı qurumlarla birgə müxtəlif tədbirlər həyata keçirir, ictimai diskussiyalar təşkil edir və Təkliflərlə çıxış edir.
Bu istiqamətdə AİF tərəfindən “Təhsil sektoru üçün nəzərdə tutulan kompüterlərdə Əməliyyat Sistemləri Windows yoxsa Linux”  mövzusunda Dəyirmi Masa keçirilməsi nəzərdə tutulub.
Dəyirmi Masa 07 dekabr tarixdə, saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Dəyirmi Masada İKT və təhsil sahəsində fəaliyyət göstərən dövlət, özəl və ictimai sektorun və media qurumların nümayəndələri iştirak edəcək.

KİV dəvətlidir
Tel:  492-44-44
Mob: 311-70-45
www.aif.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>