“Təhsil sektoru üçün nəzərdə tutula kompüterlərdə Əməliyyat Sistemləri: Windows yoxsa Linux ” mövzusunda Dəyirmi Masa keçirilib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Dəyirmi Masanın məqsədi ilə iştirakçıları tanış edib. O, hazırda ölkənin təhsil sistemində İKT-nin tətbiqi üzrə milli standartların olmamasını, bu sahədə hüquqi-normativ bazanın hələlik yaradılmamasını qeyd edərək müzakirəyə çıxarılan mövzunun ciddi əhəmiyyət kəsb etdiyimi vurğulayıb.
Dəyirmi Masada Microsoft şirkətinin rəsmi nümayəndəsi Ramin Qarayev “Təhsildə  Windows Əməliyyat Sistemi, AIF-in üzvü, AzNET layihəsinin təmsilçisi Rüstəm Əliyev “Təhsildə  Linux Əməliyyat Sistemi” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi Masada qeyd olunan Əməliyyat Sistemlərinin üstün cəhətləri, təhlükəsizliyə davamlılığı, milli özünəməxsusluğun dəstəklənməsi imkanları, bu sahədə kadr ehtiyatının və əlavə proqram təminatlarının mövcudluğu, tələb olunan xərclər,  ölkəmiz üçün əhəmiyyət kəsb edən məqamları ətrafında , həmçinin də ümumiyyətlə  təhsildə İKT-nin tətbiqi ilə bağlı vacib məsələlər ətrafında müzakirələr aparılıb.
Dəyirmi Masada Azeronline –nın prezidenti Elçin Ağakişiyev, ADNA-nın dosenti Nazim Rüstəmov, Təhsil Nazirliyinin şöbə müdiri Bilal Hüseynov, İREX-in əməkdaşı Ələsgər Məmmədli, informatika müəllimləri Aygün Əzizova və Gülnarə Səlimova, AİF üzvü Ramin Fərəcov, BDU-nun əməkdaşı Ramin Mahmudzadə, AİF-in vitse prezidenti və HP-nin nümayəndəsi Rasim Bəxşi, Müəllmləri Təkmilləşdirmə Institutunun kafedra müdiri Oqtay Məmmədov, TURAN -nın nümayəndəsi və AİF üzvü Ilham Şaban, AzNet Layihəsinin nümayəndələri Samir Əliverdibəyov və Emin Axundov, AİF üzvü Emin Hüseynov, RİTN-nin sektor müdiri Rüfət Gülməmmədov, BETM –in nümayəndəsi Qorxmaz Əfəndiyev və başqaları çıxış ediblər.
Dəyirmi Masada qeyd olunan Əməliyyat Sistemlərinin təhsildə istifadəsi ilə bağlı geniş tərkibdə müzakirələrin vacibliyi bildirilib. “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” Dövlət Proqramı çərçivəsində milli standartların və hüquqi-normativ bazanın mütəxəssislərin və ekspertlərin iştirakı ilə hazırlanması və qəbul edilməsinin vacibliyi qeyd edilib. Qeyd olunan Dövlət Proqramının həyata keçirilməsində şəffaflın təmin edilməsinin vacibliyi də vurğulanıb. Eyni zamanda bu kimi məsələlərin “Elektron Azərbaycan” Dövlət Proqramı ilə uzlaşdırılmasının zəruriliyi bildirilib.
Dəyirmi Masada böyüməkdə olan nəslin nümayəndələrinə İKT-nin hansı təməl prinsiplərinin, hansı qaydada və hansı vəsaitlərdən istifadə edilərək öyrədilməsinin dünya informasiya fəzasına inteqrasiyanın olduqca mühüm əhəmiyyət kəsb etdiyi ölkəmiz üçün ciddi əhəmiyyəti olduğu vurğulanıb.
Təhsil Nazirliyinin rəsmi nümayəndələri bu cür müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və müzakirələrdə irəli sürülən təkliflərin, problemlə bağlı İKT ictimaiyyətinin  narahatçılığının  nəzərə alınacağını bildiriblər.
Dəyirmi Masa iştirakçıları  təhsildə İKT-nin tətbiqi istiqamətində  bu cür ictimai müzakirələrin sistemli olaraq keçirilməsinin vacibliyini qeyd ediblər.
Dəyirmi Masada İKT və təhsil sahəsində fəaliyyət göstərən dövlət, özəl və ictimai sektorun və media qurumların nümayəndələri iştirak ediblər.

AİF
Tel:492-44-44
Mob: 311-70-45
Veb www.aif.az

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>