AZƏRBAYCANDA DA STARTAP-MİLYONERLƏR OLACAQMI?

1370425349_0001Azərbaycanda İnternetdə biznes sahəsi inkişaf etməyib və şəbəkədən sahibkarlıq fəaliyyəti üçün az istifadə olunur. Bununla əlaqədar Azərbaycan İnternet Forumu “Startap Azərbaycan” layihəsini həyata keçirir.Layihədə məqsəd İnternetdə sahibkarlığa yardım göstərilməsi, investorlardan vəsaitlərin cəlb olunması, bu sahədə bizneslə məşğul olan şirkətlərin imkanlarının genişləndirilməsidir. Bu barədə AİF və “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüzov bugünkü mətbuat konfransında bildirib.

“Xaricdə, hətta qonşu Rusiyada İnternet dinamik inkişaf edən biznes sahəsinə çevrilib. Artıq milyonerlər və milyarderlər var. Bizdə də bu sahədən praktik olaraq istifadə edilmir”, – o vurğulayıb.

Fevralda start götürmüş layihə çərçivəsində İnternetdə sahibkarlıqla məşğul olan şirkətlər üçün treninqlər keçirilir, investorlarla görüşlər keçirilir, onlara İnternetdə layihələrin reallaşması imkanları barədə məlumat verilir.

Yaxın vaxtlarda həmçinin dövlət orqanları, investorlar və startapların iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Layihənin yekunlarına əsasən iyunun sonlarında startapların Milli Forumunun keçirilməsi planlaşdırılır.

Bundan əlavə, müsabiqə zamanı startapların 5-6 ən yaxşı biznes layihəsi seçiləcək ki, onlar da investorlar tərəfindən maliyyələşdiriləcək.

Hazırda İnternet infrastrukturu, xüsusən də kənd yerlərində inkişaf etməyib.

Yaxın üç ildə dövlət İnternetə 500 mln. dollara yaxın sərmayə qoyacaq ki, bu da startaplar üçün imkanlar yaradacaq.

“Startap Azərbaycan” layihəsi Rabitə Nazirliyi yanında İKT-nin İnkişaf Fondu, “Baksell”, “Maykrosoft və “İnfi-pro” şirkətləri tərəfindən dəstəklənir.

O.Gündüz “startap” biznesinin uğurlu inkişafına nümunə kimi kommunal xərclərin ödənilməsi üzrə online xidmət göstərən hesab.az şirkətini qeyd edib.

İnternetin inkişafı ilə bağlı dövlətin tədbirlərini müsbət qiymətləndirən ekspert İnternetdə böhtan və təhqirə görə cinayət cəzasını nəzərdə tutan düzəlişlərin prezident tərəfindən təsdiqlənməsini tənqid edib. Onun fikrincə, bu düzəlişlər məmurlar tərəfindən sui-istifadəyə və ifadə azadlığının məhdudlaşdırılmasına yol açır.

 

Comments are closed.