Azərbaycan İnternet Forumunun Məlumatı

imagesToplantıda RİTN tərəfindən müzakirəyə təqdim olunan Az domenlərinin qeydiyyatı haqqında ƏSASNAMƏ Layihəsinin Telekommunikasiya haqqında Qanunun tələblərinə və beynəlxalq normala cavab vermədiyi vurğulanıb. Müzakirəyə təqdim olunan Əsasnamə Layihəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ölkənin İnternet ictimaiyyətin maraqları nəzər alınmamış, bu tələblərə cavab verən Qeydiyyat Qurumunun formalaşdırılması nəzərdə tutulmamışdır. Toplantıda Az domeninin Qeydiyyatı prosesinin legitimləşdirilməsi, bu sahədə inhisarçılığın aradan qaldırılması, normal rəqabət mühitinin və şəffaflığın təmin olunması üçün, Qanunvericiliyə uyğun Qeydiyyat Qurumu formalaşması üçün AİF tərəfindən səylərin gücləndirilməsi istiqamətində qərar qəbul edilib.
Toplantıda İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı AİF tərəfindən RİTN- ə təqdim olunan Təkliflərin gerçəkləşməsi vəziyyəti ətrafında müzakirələr  aparılıb. İnternetin qiyməti və keyfiyyəti ilə bağlı AİF tərəfindən aparılan Monitorinq və internet qiymətlərin digər ölkələrdəki qiymətlərlə müqayisəli formada ictimaiyyətə təqdim olunması müsbət dəyərləndirilib və bunun müntəzəm olaraq davam etdirilməsinin vacibliyi qeyd olunub.
Ölkədə son bir neçə ayda İnternet  xidmətlərinin qiymətlərində cüzi də olsa enmələr  müşahidə edildi qeyd olunub. Ancaq bununla belə qiymətlərin hələdə kifayət qədər yüksək olaraq qaldığı bildirilib. Həmçinin İnternet xidmətlərin qiymətlərinin enməsinin də onun keyfiyyətinin daha da pisləşməsinə gətirib çıxardığı vurğulanıb.
ATS – lər tərəfindən Provayderlərə tətbiq olunan tariflərin və qeyri-qanuni ödəmələrin isə RİTN –nin elan etməsinə baxmayaq ləğv olunmadığı və endirilmədiyi bildirilib. Toplantıda qiymətlərin endirilməsi istiqamətində mübarizənin davam etdirilməsi, haqsız rəqabət  mühitinin aradan qaldırılması, sərbəst və azad rəqabətin, alternativ internet bağlantısının inkişaf etdirilməsi üçün səylərin artırılması qərara alınıb. Həmçinin İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi ilə  bağlı ölkə rəhbərliyinə müraciət edilməsi məqsədəuyğun hesab olunub.
Toplantısında milli internet ünvanların müsabiqəsinin AİF tərəfindən yeni formatda təşkil olunması ilə  bağlı razılıq əldə olunub.
AİF –in toplantısında yeni üzvlər qəbul edilib və bir sıra cari məsələlər də müzakirə olunub.

Tel :    492-44-44
Veb:   www.cit.az
E-mail: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>