RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə ULTRA şirkətinin əməkdaşı Arif Mayılov “Elektron imza –Açıq Açar İnfrastrukturunun yaradılması” mövzusunda, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İsmayıl Əhmədov “Müəllif hüquqlarının qorunması haqqında” mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “Elektron hüquq”, “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin< müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az
AİF
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az