Elektron xidmətlərə keçid mövzusunda dəyirmi masa keçiriləcək.

multimrdia_merkeziMultimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzinin Məlumatı
Multimedia Mərkəzi tərəfindən 04 noyabr 2011 – ci il  tarixdə , saat 10.00-da , Beynəlxalq Mətbuat Mərkəzində Elektron xidmətlərə keçid:  mövcud vəziyyət və perspektivlər mövzusunda  Dəyirmi Masa keçiriləcək.
Tədbirdə  dövlət xidmətlərinin elektron formada təqdim edilməsi sahəsində mövcud vəziyyət ətrafında müzakirələr aparılacaq və Multimedia Mərkəzinin bu istiqamətdə hazırladığı Təkliflər müzakirə olunacaq. Hansı xidmətlərin elektron formada təqdim edilməsinin zəruriliyi, vahid Portala verilən tələblər, vətəndaş –hökumət münasibətlərinin effektiv qurulmasında elektron xidmətlərin əhəmiyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə diskussiya aparılacaq.
Dəyirmi Masada Prezidentin 23 may 2011-ci il tarixli Elektron xidmətlərin təşkili ilə bağlı Sərəncamında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində vətəndaş cəmiyyətinin rolu  ilə bağlı müzakirələr  aparılacaq.
Müzakirələrin yekununda əldə olunan Təkliflər ümumiləşdirilərək hökumətə təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti  subyektlərinin, beynəlxalq  təşkilatların və media qurumları  nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>